BAKI, 26 noyabr. TELEQRAF
Rusiyanın “Topol” və “İskəndər” raket sistemlərinin yaradıcısı Valerian Sobolev uzun sürən xəstəlikdən sonra 88 yaşında Volqoqradda vəfat edib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Açıq məlumatlara görə, onun rəhbərliyi altında “Pioner”, “Topol”, “İskəndər” və digər raket kompleksləri yaradılıb.