BAKI, 22 noyabr. TELEQRAF
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov noyabrın 24-25-də Qazaxıstanda dövlət səfərində olacaq.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan xarici işlər naziri Rəşid Meredov məlumat verib.
Nazir bildirib ki, Türkmənistanın xarici siyasət strategiyasının prioritet vektorlarından biri qonşu dövlətlərlə ənənəvi dostluq dialoqu və qarşılıqlı faydalı əməkdaşlığın ardıcıl inkişafıdır. Qazaxıstanla müsbət dinamika nümayiş etdirən səmərəli dövlətlərarası tərəfdaşlıq geniş sahələri əhatə edir. 180 ikitərəfli sənəddə təsbit olunmuş əməkdaşlıq üçün möhkəm müqavilə-hüquq bazası yaradılıb.
Qeyd edilib ki, ticari-iqtisadi əməkdaşlıq fəal inkişaf edir, qarşılıqlı ticarət həcmi artır. Bundan başqa, mədəni-humanitar əlaqələrin dərinləşməsinə böyük əhəmiyyət verilir.
Səfər Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə həyata keçiriləcək.