BAKI, 21 noyabr. TELEQRAF

Türkmənistan xarici işlər naziri Rəşid Meredov Cənubi Koreya xarici işlər nazirinin xüsusi nümayəndəsi Cu Xyun-bek ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb

Görüşdə yüksək səviyyəli səfərlər və təmasların Türkmənistan-Cənubi Koreya əlaqələrinin möhkəmlənməsi və genişlənməsində həlledici rol oynadığı bildirilib. Mərkəzi Asiya-Cənubi Koreya sammitinə hazırlıq məsələlərinə xüsusi diqqət yetirilib.

Koreya şirkətlərinin Türkmənistanda uzun illər uğurlu fəaliyyətini qeyd edən tərəflər müxtəlif sahələrdə mövcud layihələrin gedişatını nəzərdən keçiriblər.