BAKI, 20 noyabr. TELEQRAF
Türkmənistan xarici işlər naziri Rəşid Meredov Sloveniya baş nazirinin müavini, xarici və Avropa işləri naziri Tanya Fayon ilə telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər tərəfdaşlığın möhkəmləndirilməsi və ikitərəfli münasibətlər, siyasi-diplomatik, ticari-iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
Həmsöhbətlər dekabrın 12-də Aşqabadda keçiriləcək Beynəlxalq Sülh və Etimad Forumu ilə bağlı da fikir mübadiləsi aparıblar.