BAKI, 19 noyabr. TELEQRAF
Türkmənistan xarici işlər naziri Rəşid Meredov Keniya xarici işlər və diasporla iş üzrə naziri Musalia Mudavadi ilə telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər ölkələr arasında siyasi dialoqun inkişaf etdirilməsi, iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər. Beynəlxalq təşkilatlar, o cümlədən BMT çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərinə də toxunulub.