BAKI, 19 noyabr. TELEQRAF
Türkmənistan xarici işlər naziri Rəşid Meredov ilə Belarus xarici işlər naziri Maksim Rıjenkov arasında telefon danışığı olub.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər siyasi, diplomatik, ticari-iqtisadi, mədəni və humanitar sahələrdə ikitərəfli əməkdaşlığı müzakirə ediblər. İki ölkə arasında strateji tərəfdaşlığın ən yüksək səviyyədə müntəzəm və konstruktiv dialoqa əsaslandığı vurğulanıb.
Söhbət zamanı nazirlər dekabrın 12-də Aşqabadda keçiriləcək Beynəlxalq Sülh və Etimad Forumuna hazırlıq məsələlərini də müzakirə ediblər.