BAKI, 18 noyabr. TELEQRAF

Türkmənistan xarici işlər naziri Rəşid Meredov ilə Əlcəzair xarici işlər naziri Əhməd Əttaf arasında telefon danışığı olub.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər ikitərəfli əməkdaşlığın cari məsələlərini müzakirə edib, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Söhbət zamanı Türkmənistan və Əlcəzair arasında beynəlxalq təşkilatlar, o cümlədən BMT çərçivəsində səmərəli əməkdaşlıq əlaqələri vurğulanıb.

Bundan əlavə, diplomatlar dekabrın 12-də Aşqabadda keçirilməsi planlaşdırılan Beynəlxalq Sülh və Etimad Forumuna hazırlıq məsələlərini müzakirə ediblər.