BAKI, 14 noyabr. TELEQRAF

Qırğızıstan Prezidenti Sadır Japarov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək üçün noyabrın 15-16-da Daşkənddə işgüzar səfərdə olacaq.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Administrasiyası məlumat yayıb.

“Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün məqsədi regional əməkdaşlığın perspektivləri ilə bağlı cari məsələləri müzakirə etməkdir. Səfər çərçivəsində Sadır Japarov və Şavkat Mirziyoyev arasında ikitərəfli görüş planlaşdırılır”, - məlumatda bildirilib.

Xatırladaq ki, bu tədbirə region ölkələrinin prezidentləri ilə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev də fəxri qonaq kimi dəvət olunub.