BAKI, 14 noyabr. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Özbəkistanda dövlət səfərindədir.

Teleqraf xəbər verir ki, Qazaxıstan lideri səfəri çərçivəsində Daşkənddə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

Qeyd edək ki, noyabrın 16-da Kasım-Jomart Tokayev Mərkəzi Asiya Dövlət Başçılarının VII Məşvərət Görüşündə də iştirak edəcək. Bu tədbirə region ölkələrinin prezidentləri ilə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev də fəxri qonaq kimi dəvət olunub.