BAKI, 14 noyabr. TELEQRAF
Türkmənistan xarici işlər naziri Rəşid Meredov Seyşel adalarının xarici işlər və diaspor naziri Barri For ilə telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər beynəlxalq təşkilatlar, ilk növbədə, BMT çərçivəsində əməkdaşlığı müzakirə edib, sülh və davamlı inkişaf məsələlərinə yanaşmalarının oxşarlığını qeyd ediblər.
Həmçinin dekabrın 12-də Aşqabadda keçiriləcək Beynəlxalq Sülh və Etimad Forumuna hazırlıq məsələləri müzakirə olunub.