BAKI, 13 noyabr. TELEQRAF
Türkmənistan xarici işlər naziri Rəşid Meredov İraq xarici işlər naziri Fuad Məhəmməd Hüseynlə telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər siyasi-diplomatik, ticari-iqtisadi və humanitar sahələrdə ikitərəfli əməkdaşlığı müzakirə ediblər.
Diplomatlar BMT daxil olmaqla beynəlxalq təşkilatlar çərçivəsində sıx qarşılıqlı əlaqəni davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.
Söhbət zamanı həmçinin dekabrın 12-də Aşqabadda dekabrda keçiriləcək Beynəlxalq Sülh və Etimad Forumuna hazırlıq və tədbirin təşkili məsələləri müzakirə olunub. Forum Beynəlxalq Sülh və Etimad İli, Türkmənistanın daimi bitərəfliyinin 30 illiyi və Beynəlxalq Bitərəflik Günü münasibətilə keçiriləcək.