BAKI, 12 noyabr. TELEQRAF
ABŞ tərəfinin həmsədrliyi ilə ABŞ-Özbəkistan Biznes və İnvestisiya Şurası yaradılacaq.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin fərmanında deyilir.
Şura strateji biznes təşəbbüslərini əlaqələndirəcək, iri investisiya və ticarət layihələrini təşviq edəcək və onlara nəzarət edəcək.
Şuranın yaradılması ilə bağlı razılıq Şavkat Mirziyoyevin 4-6 noyabr tarixlərində C5+1 sammiti çərçivəsində ABŞ-yə səfəri zamanı əldə olunub.