BAKI, 20 oktyabr. TELEQRAF
Hökumətin iclası zamanı Türkmənistan Nazirlər Kabineti sədrinin müavini və xarici işlər naziri Rəşid Meredov Türkmənistan-BMT Strateji Məşvərət Şurasının oktyabrın 16-da keçirilmiş 4-cü iclasının nəticələrini təqdim edib.
Teleqraf xəbər verir ki, bu barədə “TerraNews”məlumat yayıb.
İclasın əsas nəticəsi Türkmənistan-BMT-nin 2026-2030-cu illər üçün Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin ilkin təsdiqi olub. Sənəd sosial-iqtisadi, ekoloji və siyasi sahələrdə milli, regional və beynəlxalq prioritetləri əhatə edir.
Birgə layihələrin əlaqələndirilməsi üçün ilk iclasının noyabr ayında keçirilməsi nəzərdə tutulan Qurumlararası Komissiyanın yaradılması nəzərdə tutulur. Təklif olunan təşəbbüslər arasında BMT Baş Assambleyasının 80-ci sessiyasında Türkmənistanın prioritetləri kontekstində BMT ilə Birgə Fəaliyyət Proqramının hazırlanması, BMT-nin dənizə çıxışı olmayan ölkələr üzrə Üçüncü Konfransının qərarlarının həyata keçirilməsi üçün milli yol xəritəsinin hazırlanması və oktyabrın sonunda şuranın hesabatı üzrə seminarın keçirilməsi daxildir.
Bundan əlavə, gənclər siyasəti, ekologiya, rəqəmsallaşma və enerji sahələrində əməkdaşlıq müzakirə olunub.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov hesabatı dinlədikdən sonra təqdim olunan təklifləri bəyənib və lazımi işlərin görülməsini baş nazirin müavininə tapşırıb.