BAKI, 20 oktyabr. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Maqjan İlyasovu ABŞ-yə yeni səfir təyin edib.

Teleqraf xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Həmçinin Tokayev İlyasovu Qazaxıstanın Böyük Britaniya, İslandiya və İrlandiyadakı səfiri vəzifəsindən eyni vaxtda azad edib. O, 2022-ci ildən bu vəzifəni tutub. Bundan əvvəl İlyasov iki il Qazaxıstanın BMT-dəki daimi nümayəndəsi, dörd il Qazaxıstanın Niderlanddakı səfiri və Kimyəvi Silahların Qadağan olunması Təşkilatındakı daimi nümayəndəsi vəzifələrində çalışıb.

Qazaxıstanın ABŞ-dəki keçmiş səfiri Yerjan Aşıkbayev sentyabr ayında Tokayev tərəfindən vəzifəsindən azad edilib.