BAKI, 17 oktyabr. TELEQRAF
Türkmənistan Xarici İşlər Nazirliyində Türkmənistan-BMT Strateji Məşvərət Şurasının dördüncü iclası keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İştirakçılar 2026–2030-cu illər üzrə Əməkdaşlıq Çərçivəsi layihəsi, Türkmənistanın BMT Baş Assambleyasının 80-ci sessiyasında təqdim olunmuş təşəbbüslərinin həyata keçirilməsi və BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Üçüncü Konfransının (LLDC3) qərarlarının icrasını müzakirə ediblər.
Xarici işlər naziri Rəşid Meredov BMT ilə tərəfdaşlığın strateji xarakterini və onun qurumlarının Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına töhfəsini vurğulayıb. BMT nümayəndələri Türkmənistanın beynəlxalq və regional təşəbbüslərini həyata keçirmək üçün milli strukturlarla gələcəkdə əməkdaşlığa hazır olduqlarını təsdiqləyiblər.