BAKI, 13 oktyabr. TELEQRAF
Avropa İttifaqı Qırğızıstana su idarəetmə sistemində islahatlar və infrastrukturun yaxşılaşdırılması üçün 17 milyon avro qrant yardımı ayıracaq.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Maliyyə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, qrant su ehtiyatlarının idarə edilməsi sistemində islahatların aparılması, infrastrukturun səmərəliliyinin artırılması və sudan davamlı istifadənin təşviqi məqsədi daşıyır.