BAKI, 6 oktyabr. TELEQRAF
Türkmənistanın nəqliyyatı naziri Məmməd Akməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Əbu-Dabi şəhərində (BƏƏ) səfərdə olub.
Teleqraf xəbər verir ki, səfər çərçivəsində Türkmənistan Nəqliyyat Nazirliyi BƏƏ-nin “Etihad Rail Company” şirkəti arasında anlaşma memorandumu imzalanıb.
Memorandum dəmir yolu layihələrinin xaricdə birgə həyata keçirilməsini nəzərdə tutur. Bura təcrübə mübadiləsi və əməkdaşlığın qarşılıqlı faydalı sahələrinin araşdırılması daxildir. Sənəd tərəfdaşlıq əlaqələrinin sistemli inkişafı və beynəlxalq layihələrə investisiyaların cəlb edilməsi üçün zəmin yaradır.
İki ölkə arasında keçirilən müzakirələr zamanı əsas diqqət yükdaşımalarının artırılması və logistik problemlərin həllinə yönəlib.