BAKI, 30 sentyabr. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) müdafiə məsələləri üzrə dövlət naziri Məhəmməd bin Mübarək Fadel əl-Məzruini qəbul edib.
Teleqraf xəbər verir ki, görüşdə iki ölkə arasında təhlükəsizlik və hərbi təhsil sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Tokayev Qazaxıstanla BƏƏ arasında əlaqələrin sürətlə inkişaf etdiyini və ikitərəfli strateji tərəfdaşlığı daha da gücləndirməyə hazır olduğunu bildirib.
BƏƏ naziri isə bu səfərin hərbi sahədə əməkdaşlığın möhkəmlənməsinə yeni təkan verəcəyinə əminliyini ifadə edib.