BAKI, 23 sentyabr. TELEQRAF
Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Türkmənistan xarici işlər naziri Rəşid Meredov və ABŞ dövlət katibinin müavini Kristofer Landau arasında görüş keçirilib.
Teleqraf xəbər verir ki, danışıqlarda ikitərəfli əməkdaşlığın aktual məsələləri müzakirə edilib, iqtisadi əlaqələrin inkişafı diqqət mərkəzində olub.
İnvestisiya və texnologiya sektorlarında birgə səylərin əhəmiyyəti hər iki tərəf üçün strateji prioritet kimi vurğulanıb.
İki ölkənin ən böyük şirkətləri arasında işgüzar əlaqələrin dərinləşməsinə və qarşılıqlı əlaqələrin genişləndirilməsinə kömək edən Türkmənistan-Amerika Biznes Şurasının roluna xüsusi diqqət yetirilib.
Görüşdə beynəlxalq arenada qarşılıqlı anlaşma və əməkdaşlığın möhkəmlənməsinə töhfə verən aktual qlobal və regional problemlər də müzakirə olunub.