BAKI, 4 sentyabr. TELEQRAF
Özbəkistan Senatı (parlamentin yuxarı palatası) xüsusi təsdiq edilmiş siyahıdan bir kitab oxumaq üçün məhkumların həbs müddətinin üç gün azaldılmasını nəzərdə tutan qanunu təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə ölkə parlamentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, sənəd ölkənin Cinayət Məcəlləsinin maddəsini tamamlayır:
“Məhkum Özbəkistan Maarifçilik Mərkəzinin təsdiq etdiyi ədəbiyyat siyahısından məhkumlarda düzgün mənəvi-əxlaqi dəyərlərin formalaşdırılmasına yönəlmiş kitabları oxuduqda və həmin kitabların oxunması faktını müvafiq komissiyanın rəyi əsasında təsdiq etdikdə, hər oxunmuş kitab üçün cəzanın çəkilmə müddəti 3 gündən çox olmayaraq azaldıla bilər. Qanun senatorlar tərəfindən təsdiqlənib”.
Dəyişikliklər cəzaçəkmə müəssisələrində cəza çəkən 13,5 mindən çox məhkuma şamil ediləcək.