BAKI, 2 sentyabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putinlə Slovakiya Baş naziri Robert Fitso arasında görüşün protokol hissəsində gözlənilməz hal yaşanıb.

Teleqraf xəbər verir ki, Putin Slovakiyadan olan qonağının “çox da xoş olmayan sual” adlandırdığı sualına cavab verməli olub.

“O qədər də xoş olmayan bir sualım var: necəsiniz?”, - Fitso Putindən soruşib.

Rusiya liderinin ona gülərək verdiyi cavab belə olub: “Sağamsa, bu, artıq yaxşıdır. Xoş sualdır. Bu, hamını narahat edir”.