BAKI, 28 avqust. TELEQRAF
Türkmənistan xarici işlər naziri Rəşid Meredov rusiyalı həmkarı Sergey Lavrov ilə Xəzər dənizi ilə bağlı məsələləri müzakirə edib.
Teleqraf xəbər verir ki, bu barədə türkmən nazir məlumat verib.
Diplomat Aşqabad və Moskvanın bu gün regional formatları gücləndirmək üçün birlikdə hər şeyi etdiyini deyib.
“Mərkəzi Asiya + Rusiya formatının liderlərinin bu ilin oktyabrında Tacikistanda keçiriləcək növbəti, ikinci sammitinə hazırlaşırıq. İndi Xəzər məsələsini ətraflı müzakirə etdik. Burada elə məsələlər var ki, Türkmənistan, Rusiya və onların qonşuları çox yaxın gələcəkdə birgə həll edəcəklər”, - Meredov Lavrovla danışıqların yekununda vurğulayıb.