BAKI, 25 avqust. TELEQRAF

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ukrayna Prezidenti Volodimir Zelenskini Müstəqillik Günü münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan liderinin mətbuat xidməti məlumat yayıb.

“Sizi və bütün Ukrayna xalqını milli bayram - Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm. Əminəm ki, ölkələrimiz arasında ənənəvi dostluq və uzunmüddətli əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər bundan sonra da xalqlarımızın mənafelərinə uyğun inkişaf edəcək”, - Mirziyoyev bildirib.

Özbəkistan prezidenti həmkarına möhkəm cansağlığı, ailə səadəti və işlərində uğurlar, Ukrayna xalqına isə sülh, əmin-amanlıq və firavanlıq arzulayıb.