BAKI, 7 iyun. TELEQRAF

“Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri gecə saatlarında Moskva vilayətində 9 pilotsuz təyyarənin hücumunu dəf edib. Hücum nəticəsində iki sakin yaralanıb”.

Teleqraf xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov məlumat verib.

“Hava hücumundan müdafiə sistemləri Moskva vilayətində düşmənin (Ukrayna) pilotsuz təyyarələrinin hücumunu dəf edib. Zaraysk, Odintsovo, Domodedovo, İstra və Solneçnoqorskda 9 PUA vurulub”, - qubernator bildirib.

Andrey Vorobyov PUA hücumu zamanı bəzi mülki obyektlərə ziyan dəydiyini, iki nəfərin yaralandığını qeyd edib.