BAKI, 11 noyabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putinin ABŞ-nin Mayami şəhərində keçiriləcək G20 sammitində iştirakı ilə bağlı hələlik qərar yoxdur.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.
Bununla belə, o, Vladimir Putinin görüşlərə açıqd olduğunu vurğulayıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarını dekabrda keçiriləcək sammitə dəvət edib.