BAKI, 11 noyabr. TELEQRAF
Yaponiya hökuməti Hərbi Dəniz Qüvvələrinin sualtı nüvə gəmiləri ilə təchiz edilməsi məsələsini rəsmi müzakirəyə çıxarmaq niyyətindədir. Bu barədə müddəanın dekabr ayında qəbul edilməsi planlaşdırılan təhlükəsizlik sahəsinə dair əsas sənədlərə daxil edilməsi nəzərdə tutulur.
Teleqraf xəbər verir ki, bu barədə “Asahi” məlumat yayıb.
Yaponiya nəşrinin məlumatına görə, hazırkı mərhələdə sualtı nüvə gəmilərinin inşası ilə bağlı qərarın artıq qəbul edildiyini elan etməmək qərara alınıb. Mövzu çoxsaylı problemlər nəzərə alınmaqla əlavə araşdırma tələb edəcək.
Tokioda hesab edirlər ki, sualtı nüvə gəmiləri Yaponiya Hərbi Dəniz Qüvvələrinin Cənubi Çin və Filippin dənizlərində, eləcə də Tayvan ətrafında həyata keçirdiyi döyüş növbətçiliyinin müddətini dəfələrlə artırmağa imkan verəcək. Bu sualtı gəmiləri ən yeni uzaqmənzilli raketlər üçün şaquli buraxılış qurğuları ilə də təchiz etmək mümkün olacaq.
Belə silahların əldə edilməsi Tokionun əvvəlki siyasətindən ciddi uzaqlaşma olacaq.