BAKI, 24 aprel. TELEQRAF

Çin və ABŞ arasında ticarət və gömrük rüsumları ilə bağlı heç bir danışıqlar aparılmayıb.

Teleqraf xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Bu açıqlama ABŞ Prezidenti Donald Trampın aktiv məsləhətləşmələrin getdiyi barədə sözlərini təkzib edir.

“Çin və ABŞ arasında tariflər mövzusunda heç bir məsləhətləşmə və ya danışıqlar aparılmayıb”,- məlumatda deyilir.