BAKI, 13 noyabr. TELEQRAF

Pakistanın təhlükəsizlik qüvvələri son iki gün ərzində ölkənin şimal-qərbində keçirilən iki reyddə 43 yaraqlını məhv edib.

Teleqraf xəbər verir ki, bu barədə "Al Arabiya" Pakistanın hərbi idarəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, əməliyyatlar Əfqanıstanla sərhəd olan Xayber-Paxtunxva vilayətinin Mir-Əli və Orakzay rayonlarında həyata keçirilib. Reydlər zamanı həmçinin silah, sursat və partlayıcı qurğular ələ keçirilib.