BAKI, 12 noyabr. TELEQRAF
“Çin Tayvanın müstəqilliyini dəstəkləyən qüvvələrin istənilən formada separatçı fəaliyyətinə imkan verməyəcək”.
Teleqraf xəbər verir ki, bunu Çin Sədri Si Cinpin ölkəsinin ilk lideri Sun Yatsenin (1866-1925) anadan olmasının 160 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
“Biz Tayvanın müstəqilliyini dəstəkləyən istənilən formada separatçı fəaliyyətə heç bir halda meydan verməyəcəyik”, - o bildirib.
Si Cinpin həmçinin vurğulayıb ki, yenidən birləşmə baş verəcəyi təqdirdə Pekin Tayvan sakinlərinin maraqlarını nəzərə alacaq:
“Yenidən birləşmə zamanı Tayvandakı real vəziyyəti tam şəkildə nəzərə alacaq, tayvanlı soydaşlarımızın maraq və duyğularına hərtərəfli diqqət yetirəcəyik”.
Çin lideri qeyd edib ki, Pekin “bir ölkə, iki sistem” formulu əsasında sülh yolu ilə yenidən birləşmə siyasətini davam etdirir.