BAKI, 13 noyabr. TELEQRAF
Qırğızıstanda prezident postuna namizədlərin ilkin siyahısı müəyyənləşib.
Teleqraf xəbər verir ki, 2027-ci il yanvarın 27-də keçiriləcək prezident seçkiləri ilə bağlı namizədlərin irəli sürülməsi mərhələsi noyabrın 13-də başa çatıb.
Dövlət başçısı postu uğrunda 11 nəfərin mübarizə aparacağı gözlənilir. Onların arasında hazırkı prezident, keçmiş deputatlar, güc strukturlarının və dövlət orqanlarının sabiq rəhbərləri, iş adamları, eləcə də Mərkəzi Seçki Komissiyasının keçmiş sədri var.
Bütün namizədlər seçkilərə müstəqil şəkildə qatılırlar. Onlardan bəziləri daha əvvəl də prezident seçkilərində iştirak edib, digərləri isə ilk dəfə böyük siyasətdə öz güclərini sınamaq qərarına gəliblər.
Siyahıda 10 kişi və bir qadın var. Ən yaşlı namizədin 72, ən gənc namizədin isə bir neçə gündən sonra 35 yaşı tamam olacaq.
Qırğızıstan Prezidenti postuna namizədlər aşağıdakılardır
Aymen Kasenov (52 yaş) - İş adamı
Azamat Esenbekov (42 yaş) - İqtisadçı, keçmiş vergi məmuru və bələdiyyə sədri
Sıymık Japıkeyev (49 yaş) - keçmiş Maliyyə Polisinin rəisi
Akay Kıdırov (35 yaş) - İş adamı
İsxak Masaliyev (66 yaş) - Keçmiş deputat
Sadır Japarov (57 yaş) - Ölkənin hazırkı prezidenti
Baktıbek Kalmamatov (42 yaş) - Keçmiş deputat
Bakıtbek Adılov (44 yaş) - Cəlalabad şəhərinin keçmiş meri və Miqrasiya Xidmətinin sabiq rəhbəri
Amur Ayba Meder - İş adamı
Mambetjunus Abılov (72 yaş) - Mərkəzi Seçki Komissiyasının keçmiş sədri
Klara Sooronkulova (57 yaş) - keçmiş məhkəmə hakimi