BAKI, 26 noyabr. TELEQRAF

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycan 12 milyard 161 milyon 967.27 min dollar dəyərində 18 milyon 392 min 916.04 ton xam neft və xam neft məhsulları ixrac edib.

Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ən çox xam neft ixrac edilən ölkələr sırasında ilk yeri İtaliya tutub. Bu ölkəyə 6 milyard 812 milyon 47.60 min ABŞ dolları dəyərində 10 milyon 532 min 637.45 ton neft ixrac edilib.

İkinci yerdə Çexiya qərarlaşıb. Bu ölkəyə 1 milyon 413 min 395.46 ton məhsul ixrac edilib və ixracın ümumi dəyəri 974 milyon 771.22 min dollar olub.

Üçüncü yeri isə Hindistan tutur. Bu ölkəyə ixrac edilən 830 min 49.03 ton xam neftin dəyəri 666 milyon 532.13 min dollar təşkil edib.

Bundan əlavə, Rumıniyaya 1 milyon 27 min 111.27 ( 653 milyon 588.29 min dollar), Almaniyaya isə 716 min 763.56 ton (474 milyon 735.43 min dollar ) həcmində xam neft ixrac olunub