BAKI, 26 noyabr. TELEQRAF

2026-cı ilin 9 ayında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ümumilikdə 2135 yeni iş yeri yaradılıb.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə Qarabağ iqtisadi rayonunda 1480, Şərqi Zəngəzurda isə 655 yeni iş yeri açılıb.

Dövr ərzində Qarabağ iqtisadi rayonu üzrə ən çox iş yeri Xankəndində (409), Cəbrayılda (265) yaradılıb.

Qeyd edək ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda ümumilikdə 79 min 543 yeni iş yeri açılıb. Yeni iş yerlərinin 61 min 497-si Bakı şəhərinin payına düşüb. Paytaxt rayonları arasında ən çox yeni iş yeri Nərimanov rayonunda (10 713) yaradılıb.

Bundan əlavə, Abşeron-Xızı iqtisadi rayonunda 5 269 yeni iş yeri açılıb. Ən yüksək göstərici 2 655 iş yeri ilə Abşeron rayonunda qeydə alınıb.

Gəncə-Daşkəsəndə rayonunda 1 926 yeni iş yeri yaradılıb. Onlardan 1 242-si Gəncə şəhərinin payına düşüb. Dağlıq Şirvan iqtisadi rayonunda 434 yeni iş yeri açılıb. Ən çox yeni iş yeri Qobustan rayonunda (236) qeydə alınıb.

Hesabat dövründə Naxçıvanda 1 004 yeni iş yeri yaradılıb. Bunun 808-i Naxçıvan şəhərində açılıb. Qazax-Tovuzda 974 yeni iş yeri açılıb. Bu iqtisadi rayonda ən çox yeni iş yeri Tovuz rayonunda (353) yaradılıb.

Quba-Xaçmazda 1 725 yeni iş yeri yaradılıb. Ən yüksək göstərici 785 iş yeri ilə Quba rayonuna məxsusdur. Lənkəran-Astara iqtisadi rayonunda 689 yeni iş yeri açılıb. Burada ən çox yeni iş yeri Lənkəran rayonunda (324) yaradılıb.

Mərkəzi Aran iqtisadi rayonunda 774 yeni iş yeri qeydə alınıb. Ən yüksək göstərici 246 iş yeri ilə Kürdəmir rayonunda olub. Mil-Muğanda 555 yeni iş yeri açılıb. Onlardan 215-i İmişli rayonunun payına düşüb.

Şəki-Zaqatalada 1 799 yeni iş yeri yaradılıb. Ən çox yeni iş yeri Şəki rayonunda (782) açılıb. Şirvan-Salyan iqtisadi rayonunda isə 762 yeni iş yeri açılıb. Ən çox yeni iş yeri Şirvan şəhərində (445) yaradılıb.