BAKI, 12 avqust. TELEQRAF

ABŞ dövlət katibi Marko Rubio Prezident Donald Trampın onu bu vəzifəyə namizəd irəli sürməzdən əvvəl fikrini soruşmadığını bildirib.

Teleqraf xəbər verir ki, Rubio bu barədə Keti Millerin podkastında danışıb.

“Sadəcə mənə zəng etdi və mahiyyət etibarilə dedi: ‘Sən dövlət katibi olacaqsan’. Bu, mənə seçim imkanı kimi təqdim edilmədi”, - Rubio bildirib.

Dövlət katibinin sözlərinə görə, belə bir təyinatın mümkün ola biləcəyini əvvəlcədən ehtimal etsə də, Tramp onunla məsələni müzakirə etməyib.

Rubio hətta ABŞ Prezidentinin bu barədə ona məlumat verməzdən əvvəl “Truth Social” sosial şəbəkəsində paylaşım etdiyini düşündüyünü deyib.

“Mən buna şad idim. Bu, mənim üçün şərəf idi”, - Rubio vurğulayıb.

Qeyd edək ki, Donald Tramp 2024-cü ilin noyabrında o zaman Florida ştatından senator olan Marko Rubionu dövlət katibi vəzifəsinə namizəd irəli sürdüyünü açıqlayıb. 2025-ci ilin yanvarında ABŞ Senatı onun dövlət katibi vəzifəsinə təyinatını təsdiqləyib.