BAKI, 11 avqust. TELEQRAF

“ABŞ Silahlı Qüvvələrində hipotetik sursat çatışmazlığının səbəbi İranla hazırkı hərbi kampaniya yox, keçmiş prezident Co Baydenin administrasiyasının sursatları Ukraynaya verməsidir”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Sursatdan danışırlar, sursatla bağlı hər şey qaydasındadır, kifayət qədər sursatımız var. Amma sursatın daha az ola biləcəyinin səbəbi odur ki, Bayden Ukraynaya ümumilikdə 300 milyard dollar dəyərində sursat göndərmişdi”, - Amerika lideri bildirib.