BAKI, 12 avqust. TELEQRAF

Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb.

Teleqraf xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, mərminin buraxılışı Şimali Koreya tərəfindən həyata keçirilib.

Hələlik mərminin növü, uçuş məsafəsi və buraxılışın həyata keçirildiyi ərazi barədə əlavə məlumat açıqlanmayıb.