BAKI, 12 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya Prezidenti Vladimir Putinin amerikalı Robert Qilmanı humanitar səbəblərlə əfv etməsinə görə Vaşinqtonun minnətdarlığını ifadə edib.

Teleqraf xəbər verir ki, bu barədə Uitkoff açıqlama verib.

“ABŞ Robert Qilmanın humanitar səbəblərlə əfv edilməsinə görə Prezident Putinə minnətdardır”, - xüsusi nümayəndə bildirib.

Qeyd edək ki, Rusiya avqustun 11-də 2022-ci ildən həbsdə saxlanılan ABŞ vətəndaşı Robert Qilmanı azad edib. Məlumata görə, Vladimir Putin onun humanitar əsaslarla əfv edilməsinə razılıq verib. Qilmanın azadlığı hər hansı məhbus mübadiləsi çərçivəsində həyata keçirilməyib.

Qilmanın ABŞ-yə qaytarıldıqdan sonra Texas ştatında tibbi və psixoloji müayinədən keçməsi, müalicə alması nəzərdə tutulur.