BAKI, 12 avqust. TELEQRAF

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) qüvvələri Panama bayrağı altında üzən Vela Nova yük gəmisini zərərsizləşdirib.

Teleqraf xəbər verir ki, ABŞ ordusunun məlumatına görə, gəmi Vaşinqtonun İrana qarşı blokadasını pozmağa cəhd edib.

Gəmi Oman körfəzi vasitəsilə İran limanına gedirmiş və ABŞ ordusunun dəfələrlə etdiyi xəbərdarlıqlara məhəl qoymayıb. Daha sonra ABŞ Hərbi Dəniz Qüvvələrinin MH-60 helikopteri Vela Novanın mühərrik otağına iki Hellfire raketi atıb və nəticədə gəmi İslam Respublikasına doğru hərəkətini dayandırıb.

Mərkəzi Komandanlıq həmçinin bildirib ki, 11 avqust tarixinə olan məlumata görə, ABŞ qüvvələri blokadanı pozmağa cəhd etdiyini iddia etdikləri 55 ticarət gəmisini istiqamətləndirib, tabe olmaqdan imtina edən üç gəmini sıradan çıxarıb və daha iki gəmini yoxlayıb.