BAKI, 11 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Tehranla müəyyən mənada danışıqlar aparıldığını, amma İran rəsmilərinin çox hiyləgər olduqlarını və dürüst olmadıqlarını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, “Real America’s Voice” podkastına müsahibəsində deyib.
“Mən müəyyən mənada danışıqlar aparıram. Amma onlar (İranın danışıqlar aparan nümayəndələri) nəyəsə razılaşırlar, sonra isə mediaya belə bir şey etmədiklərini deyirlər. Buna görə də onlar dürüst insanlar deyillər, hiyləgərdirlər”, - Amerika lideri qeyd edib.
ABŞ Prezidenti vurğulayıb ki, İranın nüvə silahı əldə etməsinə yol verilə bilməz. O əlavə edib ki, ABŞ vaxtında hücum etməsəydi, Tehran nüvə silahına sahib olardı.