BAKI, 12 avqust. TELEQRAF
ABŞ Konqresinin Büdcə İdarəsi 2026-cı il üçün ölkənin federal büdcə kəsiri ilə bağlı proqnozunu 200 milyard dollar artıraraq 2,1 trilyon dollara çatdırıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Konqresinin Büdcə İdarəsinin aylıq hesabatında bildirilib.
Qurum fevralda açıqlanan əvvəlki proqnozun dəyişdirilməsini gömrük xidmətlərinin idxal rüsumlarından gözləniləndən daha az vəsait toplaması ilə əlaqələndirib.
Ekspertlərin hesablamalarına görə, 2026-cı ildə ABŞ-nin gömrük rüsumları və digər müvafiq ödənişlərdən əldə edəcəyi gəlir əvvəlki proqnozla müqayisədə təxminən 250 milyard dollar az olacaq.
Bununla yanaşı, 2025-ci ilin oktyabrından 2026-cı ilin iyulunadək ABŞ-nin federal xərcləri 6,2 trilyon dolları ötüb. Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 209 milyard dollar çoxdur.
Xərclərin artması əsasən sosial ödənişlərin həcminin yüksəlməsi ilə əlaqələndirilir.