BAKI, 12 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp azyaşlılar üçün cinsiyyət dəyişdirmə əməliyyatları və hormon terapiyasının federal “Medicaid” tibbi sığorta proqramı çərçivəsində maliyyələşdirilməyəcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində bildirib.
ABŞ Prezidenti müvafiq quruma verdiyi göstərişə əsasən, “Medicaid” proqramının bundan sonra azyaşlılar üçün cinsiyyət dəyişdirmə əməliyyatları və hormon terapiyasının xərclərini ödəməyəcəyini qeyd edib.
Tramp bu prosedurların uşaqların sağlamlığına “geri dönməz zərər” vurduğunu iddia edərək onların dövlət vəsaiti hesabına maliyyələşdirilməsinə qarşı çıxdığını vurğulayıb.
ABŞ liderinin sözlərinə görə, administrasiyasının son il yarım ərzində bu məsələdə tutduğu mövqe fonunda ölkədə onlarla xəstəxana azyaşlılara gender keçidi ilə bağlı xidmətlər göstərməyi artıq dayandırıb.
Tramp digər tibb müəssisələrinin də analoji addım atacağını gözlədiyini bildirib.