BAKI, 11 avqust. TELEQRAF

“Sabah”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.

Teleqraf xəbər verir ki, Masazır təmsilçisi bu mərhələdə İsrailin “Hapoel Beer-Şeva” klubu ilə qarşılaşacaq.

İsrail təmsilçisi III təsnifat mərhələsində Serbiyanın “Srvena Zvezda” komandasını mübarizədən kənarlaşdırıb.

“Hapoel Beer-Şeva” ilk oyunda 1:0, cavab görüşündə isə 2:0 hesabı ilə rəqibindən üstün olub və iki oyunun nəticəsinə görə pley-offa yüksəlib.

Qeyd edək ki, “Sabah” III təsnifat mərhələsində Danimarkanın “Orhus” klubunu iki oyunun nəticəsinə görə 5:2 hesabı ilə məğlub edərək pley-offa vəsiqə qazanıb.