BAKI, 9 avqust. TELEQRAF
Türkiyə təmsilçisi “Qalatasaray” Rusiyanın “Lokomotiv” klubunun üzvü Aleksey Batrakovun transferi ilə bağlı bütün şərtlərdə razılığa gəlib.
Teleqraf xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində 13 minə yaxın izləyicisi olan jurnalist Ur Öztürk məlumat yayıb.
Mənbənin sözlərinə görə, 21 yaşlı rusiyalı yarımmüdafiəçinin İstanbul təmsilçisinə transferi yekun mərhələdədir. “Qalatasaray”ın transfer üçün bonuslarla birlikdə 25 milyon avro ödəyəcəyi bildirilir.
Qeyd edək ki, Batrakov ötən mövsüm Rusiya Premyer Liqasında 28 oyuna çıxıb, 13 qol vurub və 10 məhsuldar ötürmə edib.