BAKI, 9 avqust. TELEQRAF
Çinin Mərkəzi Meteorologiya İdarəsi “Dolfin” tayfununun yaxınlaşması ilə əlaqədar ən yüksək səviyyəli – qırmızı xəbərdarlıq elan edib.
Teleqraf xəbər verir ki, bu barədə Çinin Mərkəzi Meteorologiya İdarəsi məlumat yayıb.
Proqnoza görə, tayfun avqustun 9-u axşam ölkənin şərq sahillərinə – Çjetszyan əyalətinin Sanmen və Fuczyan əyalətinin Fudin şəhər dairələri arasındakı əraziyə çatacaq.
Tayfun quruya çıxarkən küləyin sürətinin saniyədə 38-45 metrə çatacağı gözlənilir.
Çjetszyan əyalətində tayfunla bağlı reaksiyanın səviyyəsi birinci, Fuczyan əyalətində isə ikinci səviyyəyə yüksəldilib.
Tayfunla əlaqədar Çinin şərq bölgələrində 420 mindən çox insan təxliyə edilib.