BAKI, 9 avqust. TELEQRAF
Nigerin cənubunda iki avtobusun toqquşması nəticəsində azı 22 nəfər həyatını itirib, 37 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə ANP agentliyi ölkənin Nəqliyyat Nazirliyinə istinadən məlumat yayıb.
İlkin məlumata görə, qəza zamanı avtobuslar baş-başa toqquşub. Hadisə nəticəsində 22 nəfər hadisə yerində həyatını itirib. Onların 17-nin hərbçi olduğu qeyd olunur.
Qəzada yaralanan 37 nəfər tibbi yardım göstərilməsi üçün xəstəxanalara çatdırılıb.
Nigerin Nəqliyyat Nazirliyi qəza ilə bağlı araşdırma aparır.