BAKI, 9 avqust. TELEQRAF
İranda ali rəhbər vəzifəsinə təyin olunmasından beş ay sonra Müctəba Xameneinin ilk görüntüləri yayımlanıb.
Teleqraf xəbər verir ki, bu barədə İranın dövlət xəbər agentliyi “Mehr” məlumat yayıb.
Telegram kanalında yayımlanan görüntülərdə Müctəba Xameneinin bir neçə şəxsin əhatəsində oturaraq onlarla söhbət etdiyi görünür. Görüntülərin çəkilmə tarixi açıqlanmayıb.
Qeyd edək ki, Müctəba Xamenei bu ilin əvvəlində İranın ali rəhbəri vəzifəsinə təyin olunub. O, fevralın 28-də Tehrandakı iqamətgahına endirilən raket-aviasiya zərbəsi nəticəsində atası, İranın əvvəlki ali rəhbəri Əli Xameneinin öldürülməsindən sonra bu vəzifəni tutub.