BAKI, 9 avqust. TELEQRAF
Yəmən Silahlı Qüvvələri Səudiyyə Ərəbistanının Möxa bölgəsindəki hərbi mövqelərinə və silah anbarlarına ballistik raket və pilotsuz uçuş aparatları ilə genişmiqyaslı zərbələr endirdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə ordunun yaydığı açıqlamada bildirilib.
Açıqlamaya görə, əməliyyat Səudiyyə qüvvələrinin Yəmənin qərb sahili və Taiz vilayətində hərbi mövcudluğunu artırması, silah-sursatla təchizatı gücləndirməsi və hücumları ilə əlaqədar həyata keçirilib.
Yəmən tərəfi zərbələr nəticəsində hərbi texnika və silah-sursatın məhv edildiyini, Səudiyyə hərbçiləri də daxil olmaqla, onlarla şəxsin öldüyünü və yaralandığını iddia edib.
Yəmən Silahlı Qüvvələri blokadanın aradan qaldırılmasına qədər Səudiyyə hərbi mövqelərini hədəfə almaqda davam edəcəyini bildirib.