BAKI, 9 avqust. TELEQRAF

Slovakiyanın qərbində, Malatski şəhəri yaxınlığındakı hərbi poliqonda baş verən yanğınla əlaqədar fövqəladə vəziyyət elan edilib.

Teleqraf xəbər verir ki, bu barədə “Dennik N” portalı məlumat yayıb.

Fövqəladə vəziyyət rejiminin tətbiqi barədə qərarı rayon rəhbərliyi qəbul edib.

Qeyd edək ki, hərbi poliqonda yanğın avqustun 8-də başlayıb. Yanğının söndürülməsinə 100-ə yaxın yanğınsöndürən, 20-dən çox texnika və hərbçilər cəlb olunub. Müdafiə Nazirliyi yanğınsöndürənlərə dəstək üçün “Black Hawk” helikopterləri göndərib.

Yanğınsöndürənlər üç ocağı lokallaşdıraraq alovu nəzarətə götürüblər. Yanğının başvermə səbəbi hələlik məlum deyil.