BAKI, 9 avqust. TELEQRAF
Rusiya qüvvələrinin Odessa vilayətinə gecə saatlarında endirdiyi kütləvi raket-dron zərbələri nəticəsində azı 8 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə Odessa Vilayət Hərbi Administrasiyası məlumat yayıb.
Bildirilib ki, hücum zamanı Rusiya tərəfindən bir neçə onlarla raket və pilotsuz uçuş aparatı istifadə olunub. Zərbələr nəticəsində infrastruktur obyektlərinə və yaşayış binalarına ziyan dəyib.
Ən çox dağıntı Odessa şəhərində qeydə alınıb. Şəhərin iki rayonunda bir neçə yaşayış binası zədələnib və qismən dağılıb.
Həmçinin sakinlərə məxsus avtomobillər məhv olub və ya yanğın nəticəsində zərər görüb.