BAKI, 9 avqust. TELEQRAF
Fransada hökm sürən isti hava və quraqlıq Luara çayında suyun səviyyəsinin kəskin azalmasına səbəb olub.
Teleqraf xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Məlumata görə, Luara çayında suyun səviyyəsi hazırda fevral ayı ilə müqayisədə 8-9 metr aşağıdır. Həmin dövrdə bölgədə tarixi daşqın qeydə alınmışdı.
Luara çayında suyun səviyyəsinin aşağı düşməsinin əsas səbəbi kimi bölgədə davam edən isti hava və quraqlıq göstərilir.