BAKI, 30 iyun. TELEQRAF

ABŞ Konqresinin keçmiş üzvü, respublikaçı Marjori Teylor-Qrin ölkəsinin Ukraynada Rusiya ilə proksi müharibə apardığını və müharibəni dayandırmaq üçün real addımlar atmadığını bildirib.

Teleqraf xəbər verir ki, o, ABŞ-nin Ukraynadakı müharibəyə əvvəldən cəlb olunduğunu, Pentaqonla Mərkəzi Kəşfiyyat İdarəsinin bu işda dərin rol oynadığını deyib.

Teylor bu müharibənin Ukrayna vasitəsilə ABŞ ilə Rusiya arasında aparıldığını vurğulayaraq, bunun tamamilə yanlış və qəbuledilməz olduğunu vurğulayıb.

Keçmiş konqresmen ABŞ-nin bu konfliktə son qoymaq üçün praktiki addımlar atmadığını bildirərək, Prezident Donald Trampın da bu məsələdə məsuliyyət daşıdığını iddia edib.